Sumqayıtda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı


Sosial 11 Mar 2020 20:32:30 132 0

Sumqayıtda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları və təxliyə maşını gəlib.

© google

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin icra hakimiyyətinin binasının yaxınlığında qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Hadisə zamanı sürücü xəsarət alıb.

Qəza yerinə Dövlət Yol Polisininəməkdaşları və təxliyə maşını gəlib.