ÜST koronavirusu pandemiya elan etdi


Sosial 11 Mar 2020 20:33:20 186 0

ÜST koronavirusu pandemiya elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.&

© google

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumunbaş katibi Tedros Adanom Gebreisus keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.