Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi VİDEO


Digərləri 11 Mar 2020 19:02:00 66 0

Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi  VİDEO

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamaya baxış keçirilərkən 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Rəsul" adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

Neftçalada ev yandı like
  • 11 Mar 19:01  
Digərləri Neftçalada ev yandı

Neftçala rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli evin qamışdan

arrow Ətraflı
“Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək like
  • 11 Mar 19:00  
İqtisadiyyat “Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək

​Martın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”

arrow Ətraflı
Şahin Mustafayevə yeni vəzifə verildi  FƏRMAN like
  • 11 Mar 18:56  
Siyasət Şahin Mustafayevə yeni vəzifə verildi FƏRMAN

Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunm

arrow Ətraflı
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB like
  • 11 Mar 18:55  
Siyasət Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respu

arrow Ətraflı
Məşhurların ailəsində canlanma  “Hə”si verilənlər, nişanlananlar, toy edənlər like
  • 11 Mar 18:55  
Digərləri Məşhurların ailəsində canlanma “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

2020-ci ilin ilk aylarında şou-biznes aləmində müəyyən canlama baş verib

arrow Ətraflı
“Özünə hörmət edən “TikTok” videosu çəkməz” like
  • 11 Mar 18:50  
Digərləri “Özünə hörmət edən “TikTok” videosu çəkməz”

Sirr deyil ki, sosial şəbəkələr gənclər arasında kütləvi şəkildə is

arrow Ətraflı
İspaniyada daha bir deputat koronavirusa yoluxdu like
  • 11 Mar 18:47  
Dünya İspaniyada daha bir deputat koronavirusa yoluxdu

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yol

arrow Ətraflı
“Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram” like
  • 11 Mar 18:44  
Şou-biznes “Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram”

31 ildir virusların arasındayam. Virus, sadəcə, zövqsüzlükdür. Son 15 il

arrow Ətraflı
“Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir like
  • 11 Mar 18:40  
İqtisadiyyat “Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir

Almaniyanın idman geyimləri nəhəngi “Adidas” Çində yayılmış koronav

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb like
  • 11 Mar 18:39  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

arrow Ətraflı
KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib  FOTO like
  • 11 Mar 18:38  
Digərləri KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib FOTO

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal ma

arrow Ətraflı
İranda koronavirusun dərmanı tapıldı like
  • 11 Mar 18:37  
Dünya İranda koronavirusun dərmanı tapıldı

İranda COVID-19-un dərmanı tapılıb.

arrow Ətraflı
İrandan Azərbaycana dəniz yolu ilə narkotik gətirilməsinin qarşısı alındı like
  • 11 Mar 18:36  
Sosial İrandan Azərbaycana dəniz yolu ilə narkotik gətirilməsinin qarşısı alındı

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əmə

arrow Ətraflı
AnkaraMoskva xəttində İdlib məsələsi: like
  • 11 Mar 18:36  
Dünya AnkaraMoskva xəttində İdlib məsələsi:

Ekspertlər xeyli vaxt idi ki, İdlibdə hərbi vəziyyətin kəskinləşməsini

arrow Ətraflı
İranda zəlzələ olub like
  • 11 Mar 18:33  
Dünya İranda zəlzələ olub

İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz rayonunda Xane-Zenyan

arrow Ətraflı