“Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək


İqtisadiyyat 11 Mar 2020 19:00:38 173 0

“Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək

​Martın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaş qəbulu keçirəcək

Martın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaş qəbulu keçirəcək.

"Report" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, baş direktorun müavinləri - Ramil İskəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da keçirilməsi planlaşdırılıb.

R.Əliyev Salyan Regional Qaz İstismarı İdarəsinin inzibati binasında, baş direktorun əsaslı tikinti üzrə müavini R.İskəndərov Neftçala və satış və istismar üzrə müavini C.Hüseynov isə İmişli rayonları üzrə qaz xidmət sahələrində qəbul keçirəcəklər. Daha ətraflı məlumatları Salyan Regional Qaz İstismarı İdarəsindən, Neftçala və İmişli rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək mümkündür. Eləcə də “Azəriqaz” İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsindəki ünvanına da yazaraq məlumat əldə etmək olar.