“Toylar təxirə salınmalıdır”


Digərləri 11 Mar 2020 19:06:00 73 0

“Toylar təxirə salınmalıdır”

Son günlər koronavirus təhlükəsi ölkənin bütün xidmət sahələrinə öz təsirini göstərib. Bəs insanların ən çox toplaşdığı məkan kimi toylar necə təxirə salına bilərmi? Bunu öyrənmək məqsədilə paytaxtda yerləşən bir neçə şadlıq sarayına müraciət etdik. Və hələlik toy biznesində hər şeyin yolunda getdiyini, şadlıq saraylarında gündəlik toyların keçirildiyini öyrəndik. Son.az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb. Ayaz Məmiyev - Restoran inzibatçısı: "Hər şey öz qaydasındadır, yəni heç bir dəyişiklik yoxdur. Özünüz də gördüyünüz kimi bu günləridə toy var, hətta bayaq fikir verdiz ki, müştərilər gəlir-gedir. Heç bir şeyə təsiri yoxdur və heç kim də toyu təxirə salmaq üçün bizə müraciət etməyib". Amma toylar insanların ən çox yığışdığı tədbirlərdən olduğu üçün virus yayılma ehtimalı da çoxdur. Mütəxəssisər də bununla bağlı xəbərdalıq edir. Sədrəddin Atakişizadə - ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti: "Koronavirus infeksiyası hava-damcı yolu ilə keçir, ona görə də biz məsləhət görürük ki, insanların kütləvi yığışılması müvəqqəti olaraq dayandırılmalıdır. Bilirsiz ki, şadlıq evlərində də həddən artıq insan kütləsi yığılır və bu da insanların hava-damcı yolu ilə yoluxmasına səbəb ola bilər". Elmar Nurəliyev - Təhlükəsizlik eksperti: "İnsanların daha çox cəmləşdiyi məkanlar, restoranlar, şadlıq sarayları, otellər nəinki yayılmış virusla bağlı hətta ildə 2 dəfə, 2 dəfədən az olmayaraq dezinfeksiya edilməlidir. Yəni ixtisaslaşmamış şirkətlər, lisenziyası olan şirkətlər gəlib, insanların daha çox cəmləşdiyi otellər, şadlıq sarayları, resoranları dezinfeksiya etməlidirlər". Şadlıq sarayı rəhbərliyi hər toydan sonra restoranda təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirirlər. Onların fikrincə, bununla xəstəliklərin yayılmasının qarşısı alınır. Ayaz Məmiyev - Restoran inzibatçısı: "Şirkətlər var çağırırıq axşam toydan sonra gəlib dezinfeksiya edirlər. Toylar bitəndən sonra, axşamlar dezinfeksiya olunur, qapılar bağlanır, səhər havalandırma qoşulur sonra davamı gəlir". Ancaq toylarda virus təhlükəsi təkcə sarayın dezinfeksiyası ilə bitmir. İnsanların da bu məsələdə həssas yanaşması vacibdir. Elmar Nurəliyev - Təhlükəsizlik eksperti: "İnsanların tibbi müayinədən keçməsini təmin etmək lazımdır. İş yerlərində sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Restoranlarda işləyən işçilərin əllərində əlcək, başlarında başlıq olması, ağızlıqların olması, yəni qoruyucu maskalardan istifadə etməsi çox önəmlidir". Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.

İlham Əliyev: "Uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq" like
  • 11 Mar 19:04  
İqtisadiyyat İlham Əliyev: "Uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq"

"Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəs

arrow Ətraflı
Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi  VİDEO like
  • 11 Mar 19:02  
Digərləri Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi VİDEO

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əmə

arrow Ətraflı
Neftçalada ev yandı like
  • 11 Mar 19:01  
Digərləri Neftçalada ev yandı

Neftçala rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli evin qamışdan

arrow Ətraflı
“Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək like
  • 11 Mar 19:00  
İqtisadiyyat “Azəriqaz”ın baş direktoru Salyanda vətəndaş qəbulu keçirəcək

​Martın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”

arrow Ətraflı
Şahin Mustafayevə yeni vəzifə verildi  FƏRMAN like
  • 11 Mar 18:56  
Siyasət Şahin Mustafayevə yeni vəzifə verildi FƏRMAN

Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunm

arrow Ətraflı
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB like
  • 11 Mar 18:55  
Siyasət Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respu

arrow Ətraflı
Məşhurların ailəsində canlanma  “Hə”si verilənlər, nişanlananlar, toy edənlər like
  • 11 Mar 18:55  
Digərləri Məşhurların ailəsində canlanma “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

2020-ci ilin ilk aylarında şou-biznes aləmində müəyyən canlama baş verib

arrow Ətraflı
“Özünə hörmət edən “TikTok” videosu çəkməz” like
  • 11 Mar 18:50  
Digərləri “Özünə hörmət edən “TikTok” videosu çəkməz”

Sirr deyil ki, sosial şəbəkələr gənclər arasında kütləvi şəkildə is

arrow Ətraflı
İspaniyada daha bir deputat koronavirusa yoluxdu like
  • 11 Mar 18:47  
Dünya İspaniyada daha bir deputat koronavirusa yoluxdu

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yol

arrow Ətraflı
“Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram” like
  • 11 Mar 18:44  
Şou-biznes “Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram”

31 ildir virusların arasındayam. Virus, sadəcə, zövqsüzlükdür. Son 15 il

arrow Ətraflı
“Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir like
  • 11 Mar 18:40  
İqtisadiyyat “Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir

Almaniyanın idman geyimləri nəhəngi “Adidas” Çində yayılmış koronav

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb like
  • 11 Mar 18:39  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

arrow Ətraflı
KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib  FOTO like
  • 11 Mar 18:38  
Digərləri KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib FOTO

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal ma

arrow Ətraflı
İranda koronavirusun dərmanı tapıldı like
  • 11 Mar 18:37  
Dünya İranda koronavirusun dərmanı tapıldı

İranda COVID-19-un dərmanı tapılıb.

arrow Ətraflı
İrandan Azərbaycana dəniz yolu ilə narkotik gətirilməsinin qarşısı alındı like
  • 11 Mar 18:36  
Sosial İrandan Azərbaycana dəniz yolu ilə narkotik gətirilməsinin qarşısı alındı

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əmə

arrow Ətraflı