İspaniyada daha bir deputat koronavirusa yoluxdu


Dünya 11 Mar 2020 18:47:30 137 0

İspaniyada daha bir deputat koronavirusa yoluxdu

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yoluxub.

© google

İspaniya parlamentinin daha birüzvüKarlos Sambrano Qarsiya koronavirusa yoluxub.

“Report” “Mundo”ya istinadən xəbər verir ki, Kadis şəhərini təmsil edəndeputat hazırda öz evində karantin altındadır.

O, sağyönümlü“Vox” Partiyasının parlament fraksiyasının üzvüdür.

Qeyd edək ki, bundan əvvəl həmin partiyanın baş katibi, deputatXavyer Orteqa Smitdə də koronavirus aşkarlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 735-ə çatıb. Bunların 66 943nəfəri sağalıb, 4 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.