Məşhurların ailəsində canlanma “Hə”si verilənlər, nişanlananlar, toy edənlər


Digərləri 11 Mar 2020 18:55:00 155 0

Məşhurların ailəsində canlanma  “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

2020-ci ilin ilk aylarında şou-biznes aləmində müəyyən canlama baş verib. Təbii ki, bu canlanma məşhurların şəxsi həyatları ilə bağlıdır.

Belə ki, bir çox məşhurlar və məşhur övladları subaylığa əlvida deməyə başlayıb.

Son.az modern.az-a istinadən həmin siyahını təqdim edir:

İlk toy xəbəri məşhur müğənni, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişandan gəldi. Fevralın 1-də şəhər restoranlarından birində baş tutan məclisdə şou-biznes nümayəndələri iştirak ediblər. Oğlan toyu isə, fevralın 8-də Ağcabədi rayonunda baş tutub. Buna səbəb isə Kənan Əliyevin qohumlarının və ailə yaxınlarının Ağcabədidə yaşamasıdır.

Qeyd edək ki, Aynişan fitnes məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Cütlüyün rəsmi nikahı 26 yanvar tarixində baş tutub.

Xalq artisti Fidan Qasımova və Əməkdar artist Nahidə Orucova da övladlarına toy edənlər siyahısındadırlar. Belə ki, aktrisanın qızı Bilqeyis, opera ifaçısı Fidan Qasımovanın oğlu Fəridlə ailə həyatı qurub. Cütlüyün toyu fevralın 9-da baş tutub. Məlumat üçün bildirək ki, Fərid və Bilqeyisin nişanı avqust ayında olub.

Fevralın 16-sı Xalq artisti Nəzakət Teymurovanın qızı Nigarın elçiliyi olub. İfaçı kürəkəni barədə məlumat verməsə də, qızının "hə" mərasimi ilə bağlı görüntüləri sosial media hesabında paylaşaraq bunları yazıb: "Gözümün ağı-qarası bir qızım, xoşbəxt ol. "Həri" günün mübarək".