“Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram”


Şou-biznes 11 Mar 2020 18:44:00 153 0

“Müğənnilərimiz Türkiyədə pul hesabına efirə çıxır, pis oluram”

31 ildir virusların arasındayam. Virus, sadəcə, zövqsüzlükdür. Son 15 ildir müşahidə edirik və gileylənirik.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "X maqazin"ə açıqlamasında Xalq artisti Faiq Ağayev deyib.

O, "Türkiyə şou-biznesinə qatılarsınız" sualına isə belə cavab verib:

"Ola bilsin ki, 60 yaşdan sonra ölkədən getdim. Türkiyə şou-biznesi kənardan gələnləri qəbul etmir, qısqancdır. Azərbaycandan Türkiyəyə, Rusiyaya və Gürcüstana gedənlər pul hesabına efirlərə çıxır. Mənim pisimə gəlir, axı sənətlər var".