KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib FOTO


Digərləri 11 Mar 2020 18:38:00 180 0

KOB İnkişaf Mərkəzində SMMlə bağlı təlim keçirilib  FOTO

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal marketinqdən istifadə etməklə müştəri cəlb etməsi, məhsul və ya xidmətlərini daha geniş auditoriyaya təqdim etməsi üçün Xaçmaz KOB İnkişaf Mərkəzində "Sosial media marketinq" (SMM) mövzusunda təlim keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təlimdə iştirakçılar sosial şəbəkələr və onların effektiv idarə olunması, biznesin inkişafında SMM-dən istifadə barədə məlumatlandırılıb. Real nümunələr əsasında rəqəmsal marketinqin üstünlüklərinin nümayiş olunduğu təlimdə KOB subyektlərinə sosial şəbəkələrdə biznes fəaliyyəti üçün şəxsi hesablarının yaradılmasına dəstək göstərilib.

Xaçmaz KOB İnkişaf Mərkəzində həmçinin, "Sosial layihələr, dövlət proqramları ilə iş" mövzusunda təlim keçirilib. 2 gün davam edən təlimdə iştirakçılar layihələrin hazırlanması və idarə edilməsi, layihələr üçün maliyyə mənbələrinin araşdırılması, layihələrin hesabatlılığı barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.