4 uşaq anasının intiharı ilə bağlı cinayət işi başlanıldı


Sosial 11 Mar 2020 16:39:05 172 0

4 uşaq anasının intiharı ilə bağlı cinayət işi başlanıldı

Ağcabədi rayonunda qadının intihar hadisəsi ilə bağlı ibtidai istintaq aparılır.

© google

Ağcabədi rayonunda qadının intihar hadisəsi ilə bağlı ibtidai istintaq aparılır.

“Report”un əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyeva martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır. Onun ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib.