Rusiyada hərbi hissədə PARTLAYIŞ:


Dünya 11 Mar 2020 16:37:00 132 0

Rusiyada hərbi hissədə PARTLAYIŞ:

Moskva ətrafında Luxovitsaxda yerləşən hərbi hissədə partlayış baş verib.

Son.az Day.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralılardan birinin qəlpə yaraları aldığı, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, insident müəyyən olunmamış predmetin partlaması nəticəsində baş verib.