Metroda qatarlar toqquşdu


Dünya 11 Mar 2020 16:26:00 120 0

Metroda qatarlar toqquşdu

Meksika paytaxtında metroda iki qatar toqquşub.

Son.az Day.Az-a istinadən bildirir ki, qatarların toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 41 nəfərin isə xəsarətlər aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib, yaralılar arasında 2 maşinistin olduğu da qeyd edilir.

Hadisə yerli vaxtla axşam saat 23.30-da Takubaya metro stansiyasında qeydə alınıb.  

Hadisənin konkret hansı səbəbdən baş verməsi məlum deyil. Meksika polisi faktla bağlı araşdırmaya başlayıb.