“Twitter”in işində nasazlıq yarandı


Dünya 11 Mar 2020 05:47:31 161 0

“Twitter”in işində nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

“Report” xəbər verir ki, məşhur internet-resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan daha çox ABŞ, Yaponiya, İsrail, Fransa və Böyük Britaniya, Rusiya sakinləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (67%) sosial şəbəkəyə daxil ola bilmir. Daha 20% istifadəçi “iPhone” və ya “iPad” proqramlarında problemlərlə üzləşiblər, istifadəçilərin 11%-i “Android” üçün proqramın işində nasazlıqlar haqqında bildiriblər.