Çində koronavirusa yoluxanların sayı artdı


Dünya 11 Mar 2020 05:06:08 120 0

Çində koronavirusa yoluxanların sayı artdı

Çində son gün ərzində koronavirusdan 24 nəfər ölüb.

Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb.

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb.

Xatırladaq ki, koronavirus ilk dəfəötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.