“Forbes”: Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları zərərə düşdü


İqtisadiyyat 11 Mar 2020 04:38:17 153 0

“Forbes”: Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları zərərə düşdü

Moskva “Sparkat”ının həmsahibi Leonid Fedun “LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərovneftin qiymətinin və rublun məzənnəsinin düşməsi səbəbindən 3 milyard ABŞ dollarından çox pul itiriblər.

Moskva “Sparkat”ının həmsahibi Leonid Fedun, “LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərov neftin qiymətinin və rublun məzənnəsinin düşməsi səbəbindən 3 milyard ABŞ dollarından çox pul itiriblər.

Bu barədə “Report” “Forbes”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları itirib, Fedunun itkisi isə 904 milyon ABŞ dolları təşkil edib. Hazırda onların sərvəti müvafiq olaraq 19,9 və 8,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Rusiya və OPEK ölkələri arasında razılaşmanın pozulması neftin qiymətinin düşməsinə səbəb olub. Tərəflər neftin hasilatı haqqında razılığa gələ bilməyib.