Dünyada koronavirusa yoluxanların sayı 113 min nəfəri ötdü


Dünya 11 Mar 2020 01:40:29 154 0

Dünyada koronavirusa yoluxanların sayı 113 min nəfəri ötdü

Son gün ərzində dünyada koronavirusa 4 100-dən çox yeni yoluxma qeydə alınıb.

Son gün ərzində dünyada koronavirusa 4 100-dən çox yeni yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son gündə virusa yoluxanlardan 203-ü ölüb.

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edir. Onlardan 80 924 nəfəri Çindədir.

Çindən kənarda da koronavirusa yoluxanların sayı artır: son gün ərzində xəstəliyə 4 125 yeni yoluxma qeydə alınıb, Çində isə xəstələrin sayı daha 20 nəfər artıb.

ÜST-nin rəsmi məlumatından göründüyü kimi, Çində virusdan ölənlərin sayı 3 140 nəfərə çatıb. Onlardan 17-i son gün ərzində baş verib. Yeni epidemiya Çindən kənarda 872 nəfərin ölümünə səbəb olub.