Si Tszinpin: "Uhan sakinləri qəhrəmandır"


Dünya 10 Mar 2020 18:54:00 158 0

Si Tszinpin: "Uhan sakinləri qəhrəmandır"

https://news.day.az/azerinews/1210656.html?fbclid=IwAR3HZwRm1Hgvy2VOApGSrv54cJg2JgilU1yGZj7MWDy6fZXXMYffxdHdkMc

Çin rəhbəri Si Tszinpin koronavirus epidemiyası ilə bağlı son durumu yerində öyrənmək məqsədilə Uhana təftiş səfərinə gəlib.

Son.az Day.Az-a istinadən bildirir ki, şəhər sakinlərinə ünvanlanmış çıxışında çinli lider epidemiya ilə mübarizəyə verdikləri töhfə və dəyanətə görə bütün xalqın adından onlara təşəkkürünü bildirib və uhanlıları qəhrəman adlandırıb.

Son məlumatlara görə, məhz Uhanda yayılan koronavirusa ümumilikdə Çində 80 754 nəfər yoluxub, onlardan 3136 nəfər ölüb, təxminən 60 min xəstə sağalıb. Koronavirusa yoluxanlar və ölənlərin daha çox sayı Uhan sakinlərinin payına düşür.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.