Giorgio Armani koronavirusla mübarizəyə 1,4 milyon ABŞ dolları bağışladı


İqtisadiyyat 10 Mar 2020 18:33:06 129 0

Giorgio Armani koronavirusla mübarizəyə 1,4 milyon ABŞ dolları bağışladı

İtaliyalı məşhur modelyer Giorgio Armani koronavirusla mübarizə üçün ölkə xəstəxanalarına 1,4 milyon ABŞ dolları bağışlayıb

© google

İtaliyalı məşhur modelyer Giorgio Armani koronavirusla mübarizə üçün ölkə xəstəxanalarına 1,4 milyon ABŞdolları bağışlayıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, dizayner maliyyə yardımını əsasən Milandakı üç tibb müəssisəsinə, habelə Milli İnfeksiya Xəstəlikləri İnstitutuna köçürüb.

İtaliya koronavirusdan ən çox zərər görən Avropa ölkəsidir. İndiyə qədər ölkədə 463 ölüm, 9 mindən çox isə yoluxma halı qeydə alınıb.