Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb


Digərləri 10 Mar 2020 18:16:00 134 0

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 80 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 1 Türkiyə vətəndaşı səfər edib.