Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı


Dünya 10 Mar 2020 17:51:22 142 0

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

“Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”.

“Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal qeydə alınmayıb.

Mərkəz rəhbəri deyib ki, ölkədə ümumilikdə virusa yoluxma ilə bağlı 466 mümkün hal olub. Onların da hamısı yoxlanılıb.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.