Avropanın iki ölkəsində koronavirusa yoluxanların sayı kəskin artdı


Sosial 10 Mar 2020 17:56:06 139 0

Avropanın iki ölkəsində koronavirusa yoluxanların sayı kəskin artdı

Avropada koronavirus sürətlə yayılır

© google.az

İspaniya və İsveçdə koronavirus daşıyıcılarının sayı kəskin artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada 391, İsveçdə isə 65 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, virus daşıyıcılarının sayı İspaniyada 1 622, İsveçdə isə 325 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 310-a çatıb. Bunların 64 647nəfəri sağalıb, 4 090 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.