Məhkəmə hakimləri barəsində intizam icraatları başlanıldı


Sosial 10 Mar 2020 17:56:17 167 0

Məhkəmə hakimləri barəsində intizam icraatları başlanıldı

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

© google.az

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

“Report” xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.