YARAT Müasir İncəsənət Məkanı ekologiya mövzusunda sərgi açılışı həyata keçirdi FOTO


Digərləri 10 Mar 2020 17:43:00 168 0

YARAT Müasir İncəsənət Məkanı ekologiya mövzusunda sərgi açılışı həyata keçirdi  FOTO

YARAT Müasir İncəsənət Məkanı, mart ayının 7-də MIGROS muzeyi ilə birgə əməkdaşlıqda ekologiya mövzusunu geniş əhatə edən sərgi açılışı həyata keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Potensial Dünyalar 1: Planetimizlə bağlı Xatirələr" (7 mart 2020 - 31 may 2020-ci il) insan və təbiət arasındakı əlaqələri araşdıran sərgi əsərlərdən ibarət iki sərgidən birincisidir. Hər iki sərgidə təqdim olunan əsərlər insanın planetə təsirini öyrənir və Yer kürəsində gələcək həyatın mümkün ssenarilərini təsvir edir. Sərginin kuratorları Hayke Munder ("Migros Museum für Gegenwartskunst"un bədii direktoru) və Suad Qarayeva-Malekidir ("YARAT" Müasir İncəsənət Məkanının Bədii direktoru). Birinci sərgidə 16 rəssam: Monira əl-Qadiri, Mariya Tereza Alves, Alberto Baraya, Ursula Bimann, Karolina Kaysedo, "Cooking Sections", Mark Dion, Mişka Henner, Rina Sayni Kallat, Kiluanji Kia Henda, Yakob Kudsk Stensen, Almagül Menlibayeva, Katya Novitskova, Tabita Rezayr, Zina Saro-Viva, Himali Sinqx Soin iştirak edir. Sərgi may ayının sonuna kimi davam edəcəkdir. Sərginin II hisssəsi, "Potensial Dünyalar 2: Eko-fantaziyalar" isə Sürix Qalereya həftə sonunda və Art Bazel ərəfəsində təqdim olunacaq. Adı çəkilən bu sərgi, birinci sərgidə toxunulan məsələlərə yeni həyat və cəmiyyət formalarının spekulyativ tədqiqində, eləcə də insanların qabaqcıl post-insani texnologiyalar dövründə oynadığı daim dəyişən rollarda əsaslanacaq.

Daha sonra, adıçakilən hər iki sərgi Bakıda, YARAT Müasir İncəsənət Məkanında keçiriləcəkdir. Bunlardan əlavə, Benjamin H.Bretton, T.C.Demos, Suad Qarayeva-Maleki və Hayke Munder, Reza Negarestani və Yussi Parikkanın oçerkləri, habelə Milena Bürge, Anna Fex və Rabeya Kaçorun qısa mətnlərindən ibarət kataloq da 2020-ci ilin yayında işıq üzü görəcək.