Həkim həkimi xəstəxanada ÖLDÜRÜB


Dünya 10 Mar 2020 17:48:00 165 0

Həkim həkimi xəstəxanada ÖLDÜRÜB

İstanbuldakı xəstəxanalardan birində çalışan həkim Dr. Yavuz Sümter, məslək yoldaşı Dr. Kaan Erolu 75 bıçaq zərbəsi ilə qətlə yetirib. 

Son.az DHA-ya istinadən xəbər verir ki, 2019-cu ilin sonlarında baş verən dəhşətli cinayətlə bağlı bəzi detallar ortaya çıxıb.

İddianamədə şübhəli Yavuz Sümterin məsləkdaşı ilə aralarında düşmənçilik olduğu qeyd edilir. Təqsirləndirilən şəxslə vəhşicəsinə qətlə yetirilən Kaan Erolun eyni xəstəxanada çalışdıqları bildirilir.

İş yerində baş verən bəzi hadisələrlə əlaqədar Yavuz Sümterin öldürdüyü yoldaşı ilə düşmənçilik etdiyi, bu səbəbdən də qətl günü Kaan Erolun növbətçi olduğu gecə saat 03:30 radələrində xəstəxnaya getdiyi ortaya çıxıb.

Şübhəli Yavuz Sümterin bel çantasında kiçik bir balta və qətldə istifadə etdiyi bıçaqla xəstəxanaya gedərək Kaan Erolun olduğu otağa daxil olub. Yavuz məsləkdaşına çantasından çıxartdığı bıçaqla 75 zərbə endirib. Xeyli qan itirən Kaan hadisə yerindəcə dünyasını dəyişib.