İranın Qırmızı Aypara Cəmiyyətinin katibi koronavirusdan öldü


Dünya 10 Mar 2020 15:59:00 180 0

İranın Qırmızı Aypara Cəmiyyətinin katibi koronavirusdan öldü

İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Mahmud Rza Peyrəvi yeni koronavirus nəticəsində dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İranın Qırmızı Aypara Cəmiyyəti direktorun istefa verməsi ilə bir neçə ay idi ki, Peyrəvi tərəfindən idarə olunurdu.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 7 161 nəfərin yeni koronavirusa yoluxduğunu, 237 nəfərin öldüyünü və 2 394 nəfərin sağaldığını təsdiqləyib.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması nəticəsində bir qrup rəsmi, o cümlədən prezidentin ailə və qadın məsələləri üzrə müavini, səhiyyə nazirinin müavini, 24 deputat bu virusa yoluxub. Eyni zamanda bir neçə rəsmi, o cümlədən İranın Məsləhət Şurasının üzvü, İranın Vatikandakı sabiq səfiri dünyasını dəyişib.