Koronavirusa yoluxmaq üçün könüllü axtarılır, pul veriləcək


Dünya 10 Mar 2020 15:39:00 218 0

Koronavirusa yoluxmaq üçün könüllü axtarılır, pul veriləcək

Böyük Britaniyada alimlər koronavirusa yoluxmağa razı olan könüllülərə pul təklif edirlər.

Son.az Day.Az-a istinadən bildirir ki, britaniyalı alimlər bunu COVİD-19 əleyhinə vaksinin işlənib hazırlanması məqsədilə planlayıblar.

Peyvəndin hazırlanması ilə Londonun şimalında "Queen Mary BioEnterprises" innovasiya mərkəzinin sahibi "Hvivo" şirkəti məşğul olur.

Tədqiqatçılar 24 könüllü axtarır və onların hər birinə 4,5 min dollar təklif edəcəklər. Onlara koronavirusun nisbətən yüngül 0C43 və 229E formaları süni yolla daxil ediləcək, bundan sonra həmin şəxslər 14 gün karantinə yerləşdiriləcək və peyvəndin hazırlanması üçün tədqiqatlar başlayacaq.