İranda daha 881 nəfər koronavirusa yoluxdu


Dünya 10 Mar 2020 15:29:00 139 0

İranda daha 881 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 881 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 8 042 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində 54 nəfər dünyasını dəyişib və ümumilikdə ölənlərin sayı 291 nəfərə çatıb.