Bu infeksiya daha çox martiyul aylarında müşahidə olunur


Digərləri 09 Mar 2020 19:54:00 147 0

Bu infeksiya daha çox martiyul aylarında müşahidə olunur

Parvovirus infeksiyası B19 və ya infeksion eritema V xəstəlik kimi də adlandırılır. İnsan parvovirusu həm kəskin, həm də xroniki xəstəliklərə səbəb olur. V xəstəlik kliniki olaraq zəif qızdırma, başağrısı, halsızlıq, üst tənəffüs yollarının kataral əlamətləri ilə başlayan prodormal simptomlarla təzahür edir. Xəstəliyin seçici xüsusiyyəti səpkidir.

Son.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova deyib.

Pediatr bildirib ki, xəstəliyin 3 mərhələsi var. Parvovirusa yoluxmuş uşağın yanaqları "sillə vurulmuş yanaq" görünüşünü alır. Bu mərhələdə yoluxuculuq olmur. Səpkilər gövdə və proksimal tərəflərə yayılır. Səpki makulyar gipür formasını alır, yəni onun orta hissəsinin solğun olması sanki gipürü xatırladır. Yeniyetmələrdə səpkilərlə yanaşı, qaşıntı və artralgiya da qeydə alınır. Səpkilər üç həftə içərisində özbaşına keçir. Lakin günəş işığı, isti, idman, stress kimi hallar tipik səpkilərin təkrarlanmasına səbəb olur. Xəstəlik ilboyu yarana bilər, lakin ən çox mart-iyul aylarında müşahidə olunur. Parvovirusun yeganə müalicə üsulu venadaxili immunoqlobulindən istifadədir.