Əşrəf Qaninin andiçməsi zamanı Prezident Sarayının yaxınlığına raket atılıb


Dünya 09 Mar 2020 17:22:15 154 0

Əşrəf Qaninin andiçməsi zamanı Prezident Sarayının yaxınlığına raket atılıb

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin andiçmə mərasiminin keçirildiyi Prezident Sarayının yaxınlığına iki raket atılıb.

Əfqanıstan prezidentiMəhəmməd Əşrəf Qaninin andiçmə mərasiminin keçirildiyiPrezident Sarayının yaxınlığına iki raket atılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində hər hansı ölüm və ya xəsarət xəbəri gəlmədiyindən dövlət başçısı nitqinə davam edib.

ABŞ-ın xüsusi elçisi Zalmay Xəlilzad, NATO qüvvələri komandanı Skott Miller və bir sıra başqa əcnəbi diplomatın da iştirak etdiyi mərasim nəzərdə tutulandan daha tez başa çatıb.

Prezident Ə.Qani nitqində iki həftə ərzində quracağı yeni hökumətə əvvəlki komandasından heç kimi daxil etməyəcəyini, həmçinin həbsdə olan “Taliban” yaraqlılarının azadlığa buraxacaqlarını bildirib.

Qeyd edək ki, Ə.Qaninin seçkilərdə əsas rəqibi olan ölkəninbaş nazir Abdullah Abdullah da seçkilərin rəsmi nəticələri ilərazılaşmayaraq paralel olaraqözünün prezident kimi andiçmə mərasimini keçirib.