ABŞ-da koronavirusdan ölənlərin sayı artdı


Dünya 03 Mar 2020 18:02:39 151 0

ABŞ-da koronavirusdan ölənlərin sayı artdı

ABŞ-da daha 3 nəfər koronavirusun qurbanı olub.

© google.az

ABŞ-da daha 3 nəfər koronavirusun qurbanı olub.

“Report” NBC-yə istinadən xəbər verir ki, ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 103 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.