Koronavirus İranın neft məmulatlarının ixracını dayandırıb


Dünya 29 Fev 2020 17:54:00 114 0

Koronavirus İranın neft məmulatlarının ixracını dayandırıb

"İranda yeni koronavirusun yayılması İranın Türkiyə, Əfqanıstan, Türkmənistan və İraq kimi ölkələrə neft məmulatlarının ixracını dayandırıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Neft Məmulatları İxracatçıları Assosiasiyasının sözçüsü Həmid Hüseyni deyib. Onun sözlərinə görə, İranın neft məmulatlarının ixracı ciddi şəkildə problemlə üzləşib.

Hüseyni əlavə edib ki, İranın qonşu ölkələr arasında ən önəmli ixrac bazarlarından biri İraqdır. Belə ki, 2018-ci ildə İran bu ölkəyə 9 milyard dollar dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 388 nəfər bu virusa yoluxub və 34 nəfər dünyasını dəyişib.