İranda beş deputat koronavirusa yoluxub


Dünya 29 Fev 2020 18:00:00 103 0

İranda beş deputat koronavirusa yoluxub

İran parlamentinin beş deputatı koronavirusa yoluxub.

Son.az bildirir ki, bunu Trend-ə İran parlamenti rəyasət heyətinin nümayəndəsi Əsədulla Abbasi deyib.

O, bu gün vəfat etmiş deputatın bu virusdan öldüyünü təsdiq edib.

Ə.Abbasi bildirib ki, parlament koronavirusla bağlı vəziyyəti öyrənmək üçün qrup yaradıb. Bu vəziyyət Koronavirusla mübarizə Milli Komitəsi ilə müzakirə olunacaq.