Ağaxan Salmanlı dəfn edildi


Digərləri 29 Fev 2020 17:42:00 164 0

Ağaxan Salmanlı dəfn edildi

Azərbaycanın Xalq artisti Ağaxan Salmanlı dəfn edilib.

Son.az Bakupost-a istinadən bildirir ki, tanınmış aktyorun cənazəsi Suraxanı qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları və sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı 78 yaşında vəfat edib.