“Azərbaycan Dəmir Yolları”nda koronavirusla əlaqədar qərargah yaradıldı


Digərləri 29 Fev 2020 17:21:00 127 0

“Azərbaycan Dəmir Yolları”nda koronavirusla əlaqədar qərargah yaradıldı

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bu barədə Trend quruma istinadən məlumat verir.

Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli qaynar xətti fəaliyyətə başlayıb.