İranda koronavirusdan ölənlərin sayı 43ə çatdı


Dünya 29 Fev 2020 17:30:00 114 0

İranda koronavirusdan ölənlərin sayı 43ə çatdı

İranda yeni koronavirusun (Covid 19) yayılması nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 9 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 593 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 205 nəfər bu virusa yoluxub. Sağalanların sayı isə 123-ə çatıb.