Şizofreniyanın yeni növü aşkarlandı


Digərləri 29 Fev 2020 16:30:00 126 0

Şizofreniyanın yeni növü aşkarlandı

Amerikalı alimlər şizofreniyanın yeni növünü aşkar ediblər.

Son.az Oxu.az-a istinadən bildirir ki, adi şizofreniya xəstəsində sağlam insanla müqayisədə beyin toxuması daha az müşahidə olunur. Yeni növdə isə boz maddənin həcmində dəyişiklik qeyd edilmir, belə ki, o, normal beyindəki qədər olur.

Alimlər belə bir qənaətə 300 pasiyentin beyininin analizi nəticəsində gəliblər.

Qeyd edilir ki, bundan sonra həkimlər şizofreniyanı "alt" və "patoloji" növlərinə ayıracaqlar.