Koronavirus 2020: Dünyada nələr baş verdi?


Digərləri 29 Fev 2020 16:36:00 136 0

Koronavirus  2020: Dünyada nələr baş verdi?

Bu günədək dünyada 83358 koronavirusa yoluxma halı qeydə alınıb. Ölənlərin sayı 2858, sağalanların sayı isə 36557 nəfərdir.

Son.az Lent.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda virus 53 ölkədə qeydə alınıb.

Koronavirusa ən çox yoluxma halı isə Çində qeyd alınıb - 78824 nəfər.

İndi isə koronavirusun yayılması ilə bağlı bəzi xronoloji məqamlara nəzər salaq:

Mart ayının 1-dən Rusiya Cənubi Koreya ilə hava nəqliyyatını məhdudlaşdıracaq.

Fevralın 28-də Dünya Turizm Şurası koronavirusun turizmə 22 milyard ziyan vurducunu açıqlayıb.

Fevralın 28-dən Rusiya İranla hava nəqliyyatını məhdudlaşdrırır.

Fevralın 26-da Braziliya, Yunanıstan, Gürcüstan, Makedoniya, Norveç, Pakistan və Rumıniyada ilk dəfə koronavirusa yoluxma halı qeydə alındı.

Həmin gün Avstriya, Əlcazair, Xorvatiya və İsveçrədə , bir gün əvvəl isə, Əfqansıtan, Bəhreyn, İraq və Küveytdə virusla bağlı ilk hal aşkarlanıb.

Fevralın 24-də İtaliyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb. Fevralın 20-də Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya koronavirusa görə, Çinlə ticarətdən hər gün 1 milyad itirir.

Fevralın 19-da Tümen şəhər xəstəxanasına yerləşdrilən 144 nəfərin karantin vaxtı bitib. Onlar hamısı sağlam şəikldə evə buraxılıb.

Bir gün əvvəl isə Rusiyanın baş naziri Mixail Mişustin Çinli turistlərin Rusiya ərazisinə gəlişinin müvəqqəti məhdudlaşdırılması barədə srəncam imzlayıb.

Həmin gün "Apple" koronavirusa görə, Çində istehsal olunn "iPhone"ların müştərlərinə çatdırılmasına müvəqqəti qadağa qoyub.

Fevralın 15-də Avropada koronavirusdan ilk ölüm faktı qeydə alınııb. Fransada çinli turist vəfat edib.

Fevralın 13-də Londonda koronavirusla bağlı ilk hal qeydə alınıb.

Fevralın 12-də virus təhlüksiylə bağlı Barselonada keçiriləcək olan və Deutsche Telekom, Vodafone, BT, Nokia kimi iri şirkətlərin iştirak edəcəkləri Mobil-konress təxirə salınıb.

Həmin gün dünyanın almaz və neft bzarlarında qi2ymətlər düşməyə başlayıb.

Fevralın 11-də Dünya Səhiyyə təşkilatı Çin koronavirusuna COVID-19 (corona virus disease 2019) adı verib.

Fevralın 11-də Çində hava nəqliyyatında sərnişin daşımsı 75 faiz azalma qeydə alınıb.

Fevralın 9-da Sinqapurda - Lockheed Martin, Raytheon, Bombardier, Gulfstream kimi şirkətlərin iştirak etdiyi avia-şou təxirə salınıb.