İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb


Dünya 29 Fev 2020 14:35:00 120 0

İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb

İranda 5 deputata koronavirus diaqnozu qoyulub.

© google.az

İranda 5deputata koronavirus diaqnozu qoyulub.

“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu barədəİran parlamentinin sözçüsü Əsədullah Abbasi bildirib.

Onun sözlərinə görə,100 millət vəkilinə koronavirus testi edilib.

Analizin nəticəsində 5deputatın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı43nəfərdir. Bundan əlavə,593yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.