Çin koronavirusla mübarizə üçün İrana qrup göndərdi


Dünya 29 Fev 2020 14:24:00 164 0

Çin koronavirusla mübarizə üçün İrana qrup göndərdi

Çin koronavirusla mübarizə məqsədilə İrana xüsusi qrup ezam edib.

Son.az Day.Az-a istinadən xəbər verir ki, qrupun qarşısına qoyulan əsas məqsəd virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsində İran tərəfinə lazımi köməyi göstərməkdir.

Daha öncə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı zamanı Tehrana koronavirusla mübarizədə fəal dətək göstərilməsini təklif etmişdi. Van İ Pekin və Tehranın birgə səylər sayəsində qarşıya çıxan bu çətinliyin öhdəsindən gələ biləcəklərinə əminliyini vurğulamışdı.

İranda hazırda 400-ə yaxın şəxsin koronavirusa yoluxduğu, 34 nəfərin isə öldüyü bildirilir.