Gürcüstanda 170 nəfər karantinə alındı


Dünya 29 Fev 2020 14:05:12 144 0

Gürcüstanda 170 nəfər karantinə alındı

“Hazırda Gürcüstanda 170 nəfər karantində saxlanılır”.

“Hazırda Gürcüstanda 170 nəfər karantində saxlanılır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

O deyib ki, rəhbərlik etdiyi nazirlik və aidiyyəti qurumlar koordinasiya formasında işini davam etdirir.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa üç yoluxma halı təsdiqlənib.