Əminə Ərdoğandan İdlib paylaşımı


Dünya 29 Fev 2020 13:39:00 140 0

Əminə Ərdoğandan İdlib paylaşımı

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İdlibdə aparılan əməliyyatlar çərçivəsində şəhid olmuş 33 türk hərbçisinin ailələrinə baş sağlığı verib.

Son.az Day.Az-a istinadən xəbər verir ki, xanım Ərdoğan "Twitter" səhifəsində etdiyi paylaşımda ulu tanrıdan şəhidlərə rəhmət, yaralı hərbçilərə isə şəfa diləyib:

"İdlibdən aldığımız ac xəbərlər ürəyimizi yandırdı. Uca Allahdan qəhrəman şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm".