Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır


Dünya 29 Fev 2020 13:29:00 140 0

Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır

2020-ci il martın 1-dən başlayaraq "Uzbekistan Airways" aviaşirkəti Cənubi Koreyanın paytaxtı Seula müntəzəm reysləri müvəqqəti olaraq dayandırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar koronavirusun Özbəkistanda yayılmasının qarşısının alınması məqsədi ilə verilib.

Qeyd olunub ki, fevralın 29-da Seuldan Daşkəndə gələn reysin sərnişinləri karantin məqsədilə müvəqqəti yerləşdirmə məntəqələrinə göndəriləcək.

Aviaşirkət rəhbərliyi sərnişinlərin yaxınlarına onları hava limanında qarşılamamağı tövsiyə edib.