İnternetdə tanış olduğu "oğlan" elə bir adam çıxdı ki...


Dünya 29 Fev 2020 12:49:00 162 0

İnternetdə tanış olduğu "oğlan" elə bir adam çıxdı ki...

2013-cü ildə törədilən cinayətin üstü ötən gün açılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 2013-cü ildə canına qəsd edən 20 yaşlı qızın intihar səbəbi məlum olub.

Sidneydə doğulub, böyüyən Renae Marsden adlı qız sosial şəbəkədə tanış olduğu "oğlan" ondan ayrıldığına görə 2013-cü ildə intihar edib.

Marsdenin keçmiş rəfiqəsi Camila Zeidan hakim qarşısında səhvini etiraf edib. O, bildirib ki, sosial şəbəkədə Brayden Spiteri adlı nik açaraq Marsdenlə münasibət yaradıb. O, qıza özünü o qədər bağlayıb ki, onlar sevgili olublar. Qız həbsxanada olduğunu söyləyib və bu səbəbdən görüşə bilmədiklərini bildirib. Marsden hətta saxta nik altında onunla yazışan rəfiqəsi ilə ailə qurmağı da düşünüb.