"Azərbaycana necə qurban olmayasan?" Demet Akalin azərbaycanlılardan yazdı


Şou-biznes 29 Fev 2020 12:39:00 167 0

"Azərbaycana necə qurban olmayasan?"  Demet Akalin azərbaycanlılardan yazdı

Türkiyənin məşhur müğənnisi Demet Akalin sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Son.az bildirir ki, ifaçı 8 milyonluq Instagram səhifəsində Azərbaycanla bağlı status paylaşıb. Azərbaycan və Türkiyə bayraqlarının rəngləri əks olunmuş fotonu yayan Demet "Azərbaycana necə qurban olmayasan? Yaxşı ki, orada gözəl dostlarım var", - sözlərini şəklə şərh olaraq qeyd edib.

Xatırladaq ki, ötən gün İdlibdə Türk Silahlı Qüvvələrinin 33 əsgəri həlak olub.