Xalq artistinin ölümü ilə bağlı ŞOK DETAL


Şou-biznes 29 Fev 2020 11:54:00 154 0

Xalq artistinin ölümü ilə bağlı ŞOK DETAL

Səhər saatlarında dünyasını dəyişən Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı ilə bağlı tükürpədici detal ortaya çıxıb.

Son.az xəbər verir ki, bu gün səhər saatlarında dünyasını dəyişən 78 yaşlı Xalq artistinin dünən ilk nəvəsinin toyu olub. Ağaxan Salmanlı həmin toya sənət yoldaşlarını da dəvət edib. 

Toyda iştirak edən Xalq artisti Naibə Allahverdiyeva mərhum sənətkarın ölüm xəbərindən şoka düşdüyünü bildirib:

"Bu gün incəsənət dünyamıza ağır itki üz verdi. Sözün əsl mənasında əsl senetkar, Respublikanın Xalq artisti Ağaxan Salmanov dünyasını dəyişdi. Şokdayam, dünən nəvəsinin toyunda iştirak edirdim. Rəqs elədi bizimlə, güldü, danışdı. Amma elə bil baxışlarında bir qəribəlik var idi, sən demə vidalaşırdı bizimlə! Gecəni səhərə qədər yata bilməmişəm, ele bil nəsə hiss eləyirdim. Allah rəhmət eləsin!".