Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan qayıtdı


Digərləri 29 Fev 2020 11:59:00 115 0

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan qayıtdı

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Məlumata əsasən, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib.

İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.