İranda yeni seçilən deputat öldü


Dünya 29 Fev 2020 11:34:00 262 0

İranda yeni seçilən deputat öldü

İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.

Yeni seçilən iranlı deputatın ölüm səbəbi qrip göstərilib.

Ramazani Dəstək İran-İraq arasında 1980-1988-ci illərdə uzun sürən müharibədə iştirak edib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.