Xalq artisti ilə vida mərasiminin və dəfn ediləcəyi yerin ünvanı dəqiqləşdi


Kriminal 29 Fev 2020 11:49:00 131 0

Xalq artisti ilə vida mərasiminin və dəfn ediləcəyi yerin ünvanı dəqiqləşdi

"Xalq artisti Ağaxan Salmanlı Yeni Suraxanı qəbirstanlığında dəfn olunacaq".

Son.az bildirir ki, bunu ölkə.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O, bildirib ki, Xalq artisti ilə vida mərasimi Yeni Suraxanıda öz evində keçiriləcək. Daha sonra o, Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq".

Xalq artisti ilə vida mərasimi Yeni Suraxanı qəsəbəsi A. Şərifov küçəsi ev 1 ünvanında baş tutacaq.