Koronavirus şübhəsi olan ailə xəstəxanadan qaçdı


Digərləri 29 Fev 2020 11:13:00 141 0

Koronavirus şübhəsi olan ailə xəstəxanadan qaçdı

Türkiyədə koronavirus şübhəsi ilə karantinə alınan ailə xəstəxanadan qaçıb.

Son.az Habertürk-ə istinadən xəbər verir ki, Musa Çelik adlı vətəndaş həyat yoldaşı və uşaqları ilə bilrikdə "Cərrahpaşa Xəstəxanası"nı tərk edib.

İrandan gələn ailənin uşaqlarında qızdırma, halsızlıq kimi şikayətlər olub. Buna görə onlar karantin altına alınıb. Ailənin günlərlə karantində qalmaqdan qorxduğu üçün xəstəxanadan qaçdığı deyilir.