Bakıda yük avtomobili özözünə hərəkətə gələrək qəzaya uğradı


Digərləri 29 Fev 2020 10:07:00 147 0

Bakıda yük avtomobili özözünə hərəkətə gələrək qəzaya uğradı

Bakının Yasamal rayonunda avtoqəza baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

İritutumlu qoşqulu yük avtomobili hərəkətsiz vəziyyətdə yol kənarında dayanarkən qəfildən hərəkətə gəlib. Nəticədə avtomobil yol kənarındakı ağac və səkiyə çırpılıb.

Hadisədən sonra sürücü Baba Əliyev hadisə yerinə gəlib. O, APA-ya bildirib ki, avtomobilini park edərək ərazidən uzaqlaşıb. Lakin nəqliyyat vasitəsi hündürlükdən aşağıya doğru öz-özünə hərəkətə keçib.